TƏCİLİ: Juninyonun "Qarabağ"a qayıdışıyla bağlı yeni xəbər - menecer detalları açıqladı!

9.12.2025 16:55 457
Ölkə futbolu / Manşet
"Qarabağ"ın sabiq futbolçusu Juninyonu qaytarmaq yönündə ilkin addımlar atdığını xəbər vermişdik.

Xatırladaq ki, Ağdam təmsilçisinin 29 yaşlı hücumçunu icarəyə götürmək istədiyi, bu barədə bilginin futbolçunun məxsus olduğu kluba - "Flamenqo"ya (Braziliya) çatdırıldığı iddia olunur.

Bəs, yayılan məlumatlar nə dərəcədə doğrudu? "Qarabağ" həqiqətən Olavioyla güclənməyi planlaşdırırmı?

"Football-plus.az"ın sualını Ağdam təmsilçisinə yaxınlığıyla bilinən menecer Tural Əsgərov cavabladı. Onun dedikləri:
"Juninyonun Azərbaycana gəlişi mənim vasitəçiliyimlə olub. Bu səbəbdən düşünürəm ki, indi hansısa hərəkətlilik olsa, xəbərim olardı. Deməli, "Qarabağ"ın belə planı yoxdu və olma ehtimalı da həddən artıq zəifdi".
KƏNAN BAHADIR