• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Üç pilot dünya çempionluğuna iddiasını qoruyur - “Maklaren” Norrisin, yoxsa Piastrinin tərəfini tutacaq?

İdman

8-12-2025, 12:0

“Formula-1” həvəskarları həftəsonu keçiriləcək Əbu-Dabi mərhələsini böyük maraqla gözləyir.

İş ondadı ki, bunun üçün hər cür əsas var. Dünya çempionatının sonuncu – 24-cü mərhələsi ərəfəsində birdən-birə üç pilot çempionluq şansını qoruyur. Bunlar “Maklaren”in pilotları Lando Norrislə Oskar Piastri, bir də “Red Bull”un pilotu Maks Ferstappendi. Hazırda Norrisin 408, Ferstappenin 396, Piastrinin 392 xalı var. 2010-cu ildən bəri dünya çempionatında belə sonluq olmayıb. Onda titula 4 pilot iddialı idi. Norris hələ də aşkar favoritdi, “Formula-1” dünyası isə yeni çempion üçün darıxıb. Sadəcə, Norrislə yanaşı, Piastrinin də çempionluq şansını qoruması “Maklaren” düşərgəsində bir qədər vəziyyəti qəlizləşdirir. Bu komandanın hər iki pilotu çempionluq uğrunda mübarizədə güzəştə getməyəcəyini bildirib. Bəs “Maklaren” rəhbərliyi geniş müzakirə doğuran mövzu ilə bağlı nə düşünür? Andrea Stellanın fikri:

“Komanda Əbu-Dabidə titul uğrunda mübarizə aparmaq üçün pilotlarına bərabər şans təqdim edəcək. Dünya çempionu adı uğrunda mübarizə aparan iki pilotumuzun olması fəlsəfəmizi və yanaşmamızı dəyişmir. Həm Oskara, həm də Landoya mübarizə aparmaq, arzusunun arxasınca getmək imkanı təqdim edəcəyik”.

“Maklaren”in rəhbəri onu da əlavə edib ki, pilotlarla birgə yarışın gedişində birinin başqasına yardım etməsinin hansısa məqamda işə yarayacağı ilə bağlı variant da müzakirə olunub. Məsələn, variantlardan biri belə ola bilər: Ferstappen sona yaxın liderdi, Piastri üçüncü, Norris dördüncü yerdə gedir. Belədə Norrisin titulu qazanması üçün Piastrinin onu özündən irəli buraxması lazım gələcək.

Bu arada rəqabətlə bağlı daha bir maraqlı xəbər yayılıb. Belə ki, “Maklaren” rəhbərliyi Əbu-Dabi “Qran-pri”si ərəfəsində Piastriyə Avstraliya mediasına müsahibə verməyi qadağan edib. Bu barədə “CODE Sports” nəşri məlumat yayıb. Bu qadağaya münasibət bildirən jurnalistlərdən biri qeyd edib ki, Piastriyə belə münasibət onun karyerasında gördüyü ən pis haldı. Başqa bir insayder isə - işdən çıxarılmaq qorxusu ilə anonim qalmaq şərti ilə – heç vaxt potensial dünya çempionunun öz komandası tərəfindən bu qədər açıq şəkildə zəiflədildiyini görmədiyini deyib. Daha bir jurnalist belə deyib:
“Başverənləri görmək iyrəncdi. Sanki o, bir əli arxadan bağlanmış halda mübarizə aparır. Komanda onu davamlı şəkildə zəiflədir. Piastriyə münasibətdə danılmaz qərəz var”.

P.S. Yazı son mərhələdən əvvəl qələmə alınıb.

Paylaş:
Digər xəbərlər

İdman

19-08-2024, 17:0

Hemilton Norrisin çempionluq şansını dəyərləndirdi

İdman

7-12-2025, 22:0

Ferstappenin hegemonluğuna son qoyuldu! – “Formula-1”də yeni dünya çempionu

İdman

23-09-2024, 23:0

Ferstappen çempionluq şansını dəyərləndirdi

İdman

22-09-2025, 20:0

“Maklaren”in bir gözü güləcək, o biri gözü ağlayacaq...

İdman

10-07-2023, 12:0

“Red Bull” “Maklaren”in 35 illik rekordunu təkrarladı

İdman

7-12-2025, 17:0

Ferstappen xal fərqini 12-yə endirdi

Aktual
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Son xəbərlər
  • Bu gün, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Bu gün, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Bu gün, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Bu gün, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Bu gün, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Bu gün, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Bu gün, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Bu gün, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Bu gün, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Bu gün, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Bu gün, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Bu gün, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Bu gün, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Bu gün, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Bu gün, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Bu gün, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Bu gün, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Bu gün, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Bu gün, 10:20
    Milandan Turinə yollana bilər
  • Bu gün, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Bu gün, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • Dünən, 23:56
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • Dünən, 23:35
    "Hapoel" “Sabah”a rəqib oldu
  • Dünən, 23:30
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • Dünən, 22:51
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • Dünən, 22:25
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • Dünən, 21:54
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • Dünən, 21:27
    Parisdən Madridə yollandı
  • Dünən, 20:56
    "Neftçi" macarıstanlı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 20:25
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Dünən, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
Daha çox
Oxunub: 298
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə