“Formula-1” üzrə dünya çempionatında 10-cu mərhələ - Böyük Britaniya “Qran-pri”si də arxada qaldı.
“Football-plus.az” xəbər veir ki, “Red Bull”un pilotu Maks Ferstappen ardıcıl 6-cı, cari mövsümdə isə 8-ci qələbəsini qazandı. “Maklaren”in pilotu Lando Norris finişə 2-ci çatdı. İlk “üçlüy”ü “Mersedes”dən Lüis Hemilton qapadı. Niderlandlı pilot artıq ən yaxın izləyicisindən – komanda yoldaşı Serxio Peresdən 99 xal irəlidədi. Onun ardıcıl 3-cü dəfə dünya çempionu olacağına heç kim şübhə etmir.
Cari mövsümdə ardıcıl 10-cu mərhələni qazanan “Red Bull” bu göstəricidə “Formula-1” rekordunu təkrarladı. İş ondadı ki, Böyük Britaniya komandası ötən ilin noyabrında keçirilən Əbu-Dabi “Qran-pri”sinin də qalibi olub, yəni qələbə seriyası 11-ə çatdı. “Red Bull”dan başqa ardıcıl 11 mərhələdə qalib gələn yeganə komanda “Maklaren”di. Bu komandanın 1988-ci ildə müəyyənləşdirdiyi rekord 35 il yaşadı.