• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya”dan növbəti əzmkar qələbə və növbəti rekord - İCMAL

Dünya futbolu

4-12-2025, 13:0

Tur cümə günü Münhenqladbaxda start götürdü.

"Football-plus.az" xəbər verir ki, son 3 turda inamlı qələbələr qazanan “Borussiya” ilə həftəyə ikinci pillədə daxil olan “Leyptsiq”in duelində qapılara qol vurulmadı. “Leyptsiq” son üç turda ikinci dəfə büdrəsə də, hələ ki, ikinci pilləni əldən verməyib.

Həftəiçi “Arsenal”a uduzmaqla mövsümdə ilk məğlubiyyətini yaşayan “Bavariya” bundesliqada da büdrəməyə yaxın oldu. İddiasız “Sankt Pauli” “Alyants Arena”da gözlənilmədən 6-cı dəqiqədə hesabı açdığından Münhen nəhəngi yenə xarakter göstərməli oldu. Maraqlıdı ki, “rekoredmayster” ardıcıl 3-cü turda hesabda geri düşdü. Amma yenə məğlub olmadı. Fasilə ərəfəsində hesabı bərabərləşdirən “Bavariya” rəqibinin müqavimətini yalnız əsas vaxta əlavə olunan dəqiqələrdə qıra bildi. Yeri gəlmişkən, ardıcıl 44-cü turu zirvədə tamamlamaqla turnirin yeni rekordunu müəyyənləşdirən “Bavariya” daha bir mühüm göstəriciyə nail oldu. Komanda bundesliqa çərçivəsində ardıcıl 20-ci oyunda ən azı 2 qol vurmaqla özünə məxsus olan rekordu təkrarladı! “Bavariya” bu rekordu 2013/14-də Xosep Qvardiolanın rəhbərliyi altında müəyyənləşdirmişdi. Turun Leverkuzendə keçirilən mərkəzi oyunu isə meydan sahibləri üçün düşərli olmadı. Həftəiçi ÇL-də səfərdə “Mançester Siti”ni məğlub etməklə hər kəsi təəccübləndirən “Bayer-04” bu dəfə evdə prinsipial rəqibə - Dortmund “Borussiya”sına uduzdu. 20 yaşlı argentinalı müdafiəçi Anselmino həm “arılar”ın heyətinə, həm də bundesliqada ilk qolunu vurdu. İki oyunluq qələbəsiz seriyaya son qoyan Niko Kovaçın komandası 3-cü pilləyə yüksəldi.

Digər oyunlara gəlincə, “Auqsburq”u darmadağın edən “Hoffenhaym” son 6 turda 5-ci qələbəsini qazandı. 12 tura 23 xal “kəndçilər”in bundesliqada ən yaxşı ikinci göstəricisidi. Elitadakı ilk mövsümündə - 2008/09-da “Hoffenhaym” 12 tura 25 xal toplamışdı. Tura sonuncu pillədə daxil olan “Haydenhaym” isə paytaxtda möcüzəvi bir geridönüşün sahibi oldu. Çünki komanda 90-cı dəqiqəyə hesabda geridə daxil olmuşdu! Bremen səfərinin son anlarında “Köln”ü məğlubiyyətdən xilas edən Səid Əl-Mala 19 yaş 95 günlüyündə bundesliqada 5-ci qolunu vurdu. “Keçilər”in heyətində yalnız iki futbolçu - Lukaş Podolski (18 yaş 319 gün) və Yürgen Yendrossek (19 yaş 29 gün) bundesliqada 5 qol həddinə daha gənc yaşda çatmışdı.

“Ştutqart”ı yenən debütant “Hamburq” 5 oyunluq qələbəsiz seriyaya son qoydu. “Volfsburq” Frankfurtda son saniyələrdə qələbəni əldən versə də, ən azı 3 oyunluq məğlubiyyət seriyasını bitirdi. Frayburqda pərən-pərən düşən və sentyabrdan bu yana qələbəsi olmayan “Maynts-05” isə sonuncu pilləyə yuvarlandı.

12-ci tur
Bavariya – Sankt Pauli 3:1

Gerreyro, 44. Dias, 90+3. Cekson, 90+6 – Untonci, 6. (75000)
Bavariya: Noyer, Laymer (Olise, 46), Kim Min Ce (Qoretska, 77), Ta, Bişof, Kimmix, Pavloviç (Cekson, 83), Karl (Qnabri, 65), Gerreyro (Stanişiç, 65), Dias, Keyn.

Bayer-04 – Borussiya D 1:2
Kofane, 83 – Anselmino, 41. Adeyemi, 65. (30210)
Bayer-04: Flekken, Hofmann (Eçeverri, 74), Andrix (Kuansa, 88), Bade, Tapsoba, Qrimaldo, Maza, A.Qarsiya, Tillman (Terrye, 74), Poku (Tella, 88), Şik (Kofane, 63).
Borussiya: Kobel, Ryuyerson (Kouto, 80), Anselmino, Anton, Şlotterbek, Svensson, Zabitser, Nmeça (Bensebayni, 90+1), Brandt (Çukvuemeka, 90+1), Adeyemi (Bellingem, 80), Girassi (Fabio Silva, 61).

Ayntraxt F – Volfsburq 1:1
Batşuayi, 90+6-p. – Senter, 67. (58000)
Ayntraxt: Setterer, Doan, Kristensen, Kox, Teate, Braun, Çaibi, Skiri (M.Dahud, 76), Götse (Batşuayi, 62), Knauff (Nqankam, 82), Bahoya (Kollins, 62).

Hamburq – Ştutqart 2:1
Qlatsel, 17. Vieyra, 90+4 – Dəniz Undav, 54. (57000)
Ştutqart: Nübel, Ştensel, Hendriks (Mittelştadt, 87), Şabo, Əl-Daxil, Vaqnoman, Andres, Narti (Ştiller, 58), Fürix (Dəniz Undav, 40), Əl-Xannus, Buanani (Yovanoviç, 87).

Borussiya M – Leyptsiq 0:0
(50029)
Leyptsiq: Qulaçi, Baku (Klostermann, 90+1), Orban, Lukeba, Raum, Zayvald, Baumqartner, Şlager (Banzuzi, 66), Diomande, Nusa (Bakayoko, 66), Harder (Qomis, 82).

Hoffenhaym – Auqsburq 3:0
Ture, 16. Burger, 26. Seziger, 45-öz qapısına. (20218)

Frayburq – Maynts-05 4:0
Kübler, 12. Qrifo, 26. Manzambi, 50. Osterhaqe, 90. (33200)

Union – Haydenhaym 1:2
Xedira, 43 – Şimmer, 90. Şoppner, 90+5. (22012)

Verder – Köln 1:1
Fridl, 22 – Əl-Mala, 90+1. (41800)

1. Bavariya 12 11 1 0 44-9 34
2. Leyptsiq 12 8 2 2 22-13 26
3. Borussiya D 12 7 4 1 21-11 25
4. Bayer-04 12 7 2 3 28-17 23
5. Hoffenhaym 12 7 2 3 25-17 23
6. Ştutqart 12 7 1 4 21-17 22
7. Ayntraxt F 12 6 3 3 28-23 21
8. Frayburq 12 4 4 4 19-20 16
9. Verder 12 4 4 4 16-21 16
10. Köln 12 4 3 5 21-20 15
11. Union 12 4 3 5 15-19 15
12. Borussiya M 12 3 4 5 16-19 13
13. Hamburq 12 3 3 6 11-18 12
14. Auqsburq 12 3 1 8 15-27 10
15. Volfsburq 12 2 3 7 14-22 9
16. Haydenhyaym 12 2 2 8 10-27 8
17. Sankt Pauli 12 2 1 9 10-24 7
18. Maynts-05 12 1 3 8 11-23 6

Bombardirlər: Keyn (Bavariya) – 14, Burkardt (Ayntraxt F) – 8, Tabakoviç (Borussiya M), Dias (Bavariya), Dəniz Undav (Ştutqart) – 7.

Növbəti turun oyunları dekabrın 5-7-si aralığında keçiriləcək: Köln – Sankt Pauli, Ştutqart – Bavariya, Haydenhaym – Frayburq, Maynts-05 – Borussiya M, Borussiya D – Hoffenhyaym, Hamburq – Verder, Leyptsiq – Ayntraxt F, Volfsburq – Union, Auqsburq – Bayer-04.

Turun rəqəmi
6 – “Ştutqart” o qədər də uğurlu mövsüm keçirməməsinə rəğmən, əla formada olan Dəniz Undav qollarını sıralamaqda davam edir. Bu tur o, “Hamburq” səfərində fərqlənməklə unikal bir göstəriciyə nail oldu. Undav “Ştutqart”ın bundesliqada vurduğu son 6 qolun hamısının müəllifi olub. Bu, klub tarixində yeni rekorddu! Əvvəlki rekord Yürgen Klinsmanna məxsus idi. Əfsanəvi forvard 1986-nın martında şvabiyalıların ardıcıl 5 qolunun müəllifi olmuşdu.

Turun ulduzu
Luis Dias (Bavariya) – bu aralar Keyn bir qədər kölgəyə çəkildiyindən “Bavariya”nın heyətində başqa ulduzlar ön plana çıxır. Ötən tur Olise hesabına 3 qol, 2 məhsuldar ötürmə yazmışdısa, bu dəfə Diasın ulduzu parladı. Gerreyronun bərabərlik qolu zamanı yerdə ola-ola, aktivinə məhsuldar ötürmə yazan kolumbiyalı vinger son anlarda da səhnəyə çıxaraq komandasına qələbə qazandırdı. O, bu mövsüm bundesliqada meydana çıxdığı 12 oyunda 12 qolun vurulmasında yaxından iştirak edib (7 qol, 5 məhsuldar ötürmə).

Turun sitatı
Vensan Kompani,

“Bavariya”nın baş məşqçisi: “Son iki matçda yorğun nəzərə çarpmağımız haqda nə düşünürəm? Bu, futbolun bir parçasıdı. Ötən tur 6:2-lik qələbə qazanmışdıq. Ondan öncə səfərdə PSJ-ni yenmişdik. “Arsenal”a məğlubiyyətdən sonra bu gün işimiz asan deyildi. Əsas odu ki, yekunda istəyimizə çatdıq və ən yaxın rəqibimizdən bir qədər də uzaqlaşdıq. Bu günkü qələbənin öz yeri var. Belə qələbələrin də qədrini bilmək lazımdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-12-2025, 22:0

“Bavariya”dan daha bir rekord

Dünya futbolu

19-04-2023, 18:0

“Bavariya” “kəndçilər”lə bacarmadı, “Borussiya” qələbəni inanılmaz şəkildə əldən verdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-04-2025, 14:0

“Bavariya” bu dəfə sürprizə imkan vermədi - İCMAL

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Aktual
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə