• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Nəhənglərin duelini “Arsenal” qazandı - İCMAL

Dünya futbolu

2-12-2025, 19:0

İkinci oyun günü çox məhsuldar alındı və qapılara 42 qol vuruldu. “Kopenhagen” çətinliklə də olsa, “Kayrat” səddini aşaraq liqa mərhələsində ilk qələbəsini qazandı. Danimarka çempionu 3:0-dan sonra rahatlaşdığı üçün “Kayrat” son anlarda kiçik möcüzəyə yaxın oldu. Amma qonaqların gücü yalnız fərqi minimuma endirməyə yetdi. Mövsümün kəşflərindən biri olan “Pafos” yenə yaxşı mənada təəccübləndirdi. Cənubi Kipr çempionu iki dəfə hesabda geri düşdüyü oyunda “Monako”dan xal almağı bacardı.

"Football-plus.az" xəbər verir ki, nəhənglərin duellərində sevinən meydan sahibləri oldu. Premyer-liqada inamla turnir cədvəlinə başçılıq edən “Arsenal” mövsümün hələ ki ən ciddi sınağından üzüağ çıxdı. Çünki bu oyuna qədər “böyük beşliy”in uduzmayan yeganə komandası statusunda olan “Bavariya” Londonda heç nə edə bilmədi. Buna qədər “Arsenal”la oyunlarda 15 qol vuran Keyn bu dəfə 90 dəqiqə ərzində heç qapıya zərbə də endirə bilmədi! Münhen nəhənginin müqavimətini 2-ci hissədə vurduğu qollarla qıran “Arsenal” bu mövsüm ÇL-i qazanmağa əsas namizədlərdən biri olduğunu sübut etdi. 5 turdan sonra xal itirməyən yeganə komanda statusunda olan “Arsenal” məhz “Bavariya”nı zirvədən sıxışdırdı. Münhen nəhəngi bu mövsüm 18-ci rəsmi oyunda ilk dəfə uduzdu və ilk dəfə 2-dən az qol vurdu!

Ötən həftəsonu Milan derbisində uduzan “İnter” “Atletiko” ilə səfər oyununda da fanatlarını məyus etdi. Hərçənd “neradzurra” ən azı 1 xal qazanmağa yaxın idi. Amma əsas vaxta artırılan 3-cü dəqiqədə təcrübəli Ximenesin künc zərbəsi zamanı başla vurduğu qol həlledici oldu. “Atletiko” ardıcıl 6-cı rəsmi oyunda qalib gəlməklə turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı. “İnter” isə bu mövsüm güclü rəqiblərlə oyunlarda zəif təsir bağışlamaqda davam edir. “Tottenhem” yenə PSJ ilə dueldə qələbə hesabını qoruya bilmədi. Avqsutda superkubok uğrunda matçda londonlular 2:0-ı əldən verərək penalti seriyasında uduzmuşdular. Bu dəfə isə komanda Parisdə iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda heç 1 xal da qazana bilmədi. 5 qol buraxan “Tottenhem” bu mövsüm ÇL-də ilk dəfə uduzdu. PSJ isə 2-ci pilləyə yüksəldi. “Real” “Olimpiakos”dan erkən qol buraxmasına baxmayaraq, əzmkar qələbə ilə, nəhayət, tarixində ilk dəfə Yunanıstanı fəth etdi. Görüş Mbappenin benefisinə çevrildi. Əla formada olan fransalı superulduz poker etdi və bombardirlər yarışında liderliyə yüksəldi. Yunanıstan çempionu sona qədər təslim olmaq istəməsə də, hesabına xal yaza bilmədi.

Tanınmaz halda olan “Liverpul” fanatlarına şok yaşatmaqdadı. İngiltərənin son çempionu təkcə məğlubiyyətləri yox, həm də darmadağınları sıralayır! PSV “Enfild”də fasilədən sonra şou göstərərək “qırmızılar”a sarsıdıcı zərbə endirdi. Niderland çempionunun heyətində sonradan meydana çıxaraq iki qol vuran Drioşun maraqlı statistikası var. 23 yaşlı mərakeşli vinger bu mövsüm ÇL-də (3) erediviziyadakından (2) daha çox qol vurub. “Liverpul” ötən mövsüm ümumilikdə 10 dəfə uduzmuşdusa, bu mövsüm artıq indidən eyni sayda məğlubiyyətə çatıb. “Ayntraxt” “Atalanta” ilə ev oyununda 60 dəqiqə ərzində qapısını toxunulmaz saxlasa da, darmadağından qurtula bilmədi. “Sportinq” isə eyni aqibəti “Brügge”yə yaşatdı. Portuqaliya çempionunun 5-ci turdan sonra “8-lik”də qərarlaşması diqqət çəkir.

Liqa mərhələsi, 5-ci tur
Kopenhagen – Kayrat 3:2 (1:0)

Kopenhagen (Danimarka): Kotarski, Sudzuki (Zaqe, 79), Pereyra, Hatsidiakos, M.Lopes, Lerager, Klem (Madsen, 59), Larsson (Elyunussi, 69), Klasson, Robert (Mukoko, 79), Dadason (Qarananqa, 90+1).
Kayrat (Almatı, Qazaxıstan): Anarbekov, Mrınski, Şirobokov, Sorokin, Tapalov, Kassabulat (Sadıbekov, 78), Qleyzer (Baybek, 64), Qromıko (Stanoyev, 69), Jorjinyo (Zariya, 69), Satpayev, Edmilson (Rikardinyo, 78).
Qollar: Dadason, 26 (1:0). Larsson, 59-p. (2:0). Robert, 73 (3:0). Satpayev, 81 (3:1). Baybek, 90 (3:2).
Vərəqələr: Hatsidiakos, 56. Mrınski, 87. Lerager, 90+2. Tapalov, 90+3. Rikardinyo, 90+3. Satpayev, 90+4 – sarı.
Hakim: Nikolas Uolş (Şotlandiya).
26 noyabr. Kopenhagen. 30231 tamaşaçı.

Pafos – Monako 2:2 (1:2)
Pafos (Cənubi Kipr): Neofitos, Bruno, Lukassen, D.Luis, Qoldar (Lanqa, 46), Draqomir (Dimata, 79), Sunyiç, Pepe, Orşiç, Kina (Jaja, 57), A.Silva (Bassuamina, 69).
Monako (Fransa): Qradetski, Teze, K.Enrike, Vanderson (Kerer, 76), Salisu, Minamino (Fati, 76), Zəkəriyə, Kamara (Kulibali, 65), Akliuş, Qolovin (Mişal, 65), Baloqan (Biret, 89).
Qollar: Minamino, 5 (0:1). D.Luis, 18 (1:1). Baloqan, 26 (1:2). Salisu, 88-öz qapısına (2:2).
Vərəqələr: Kamara, 21. Qolovin, 28. Qoldar, 45+3. D.Luis, 88. Salisu, 90+1 – sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
26 noyabr. Limassol. 8347 tamaşaçı.

Atletiko – İnter 2:1 (1:0)
Atletiko (Madrid, İspaniya): Musso, Molina (N.Qonsales, 59), Ximenes, Hantsko, Rucceri (Sörlot, 68), Barrios, Kardoso (Pubill, 59), Qallaxer (Koke, 59), Simeone, Baena (Qrizmann, 68), Alvares.
İnter (Milan, İtaliya): Zommer, Auqusto, Akanci, Bissek, Bastoni, Dimarko (L.Enrike, 79), Zelinski (Suçiç, 65), Barella, Hakan Çalhanoğlu (Frattezi, 72), Bonni (Türam, 65), L.Martines (Espozito, 72).
Qollar: Alvares, 9 (1:0). Zelinski, 54 (1:1). Ximenes, 90+3 (2:1).
Vərəqə: Dimarko, 44 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
26 noyabr. Madrid. 68069 tamaşaçı.

Arsenal – Bavariya 3:1 (1:1)
Arsenal (London, İngiltərə): Raya, Timber (Uayt, 80), Saliba, Moskera, Lüis-Skelli (Kalafyori, 68), Subimendi, Rays, Eze (Edeqor, 89), Saka (Martinelli, 68), Trossar (Madueke, 38), Merino.
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer (Bişof, 72), Upamekano (Kim Min Ce, 81), Ta, Stanişiç, Pavloviç, Kimmix (Qoretska, 81), Olise, Karl (Gerreyro, 81), Qnabri (Cekson, 72), Keyn.
Qollar: Timber, 22 (1:0). Karl, 32 (1:1). Madueke, 69 (2:1). Martinelli, 77 (3:1).
Vərəqələr: Upamekano, 23. Laymer, 43. Saliba, 74. Merino, 80 – sarı.
Hakim: Marko Quida (İtaliya).
26 noyabr. London. 58780 tamaşaçı.

Liverpul – PSV 1:4 (1:1)
Liverpul (İngiltərə): Mamardaşvili, Soboslai, Konate (Kyeza, 76), Van Diyk, Kerkez, Cons, Qravenberx, Makallister, Salah, Qakpo, Ekitike (İsak, 61).
PSV (Eyndhoven, Niderland): Kovarj, Dest, Shauten, Qasyorovski, Salah-Eddin, Veerman, Mauro Junior, Saybari, Man (Bayraktareviç, 89), Perişiç (Drioş, 69), Til (Pepi, 69).
Qollar: Perişiç, 6-p. (0:1). Soboslai, 16 (1:1). Til, 56 (1:2). Drioş, 73 (1:3). Drioş 90+1 (1:4).
Vərəqə: Van Diyk, 17 – sarı.
Hakim: Alexandro Xose Ernandes Ernandes (İspaniya).
26 noyabr. Liverpul. 59964 tamaşaçı.

Olimpiakos – Real 3:4 (1:3)
Olimpiakos: (Pirey, Yunanıstan): Solakis, Rodinei (Koştinya, 71), Retsos, Pirola (Byankone, 62), Orteqa, Muzakitis, D.Qarsiya (Esse, 46), J.Martinş, Çikinyo (Taremi, 28), Podense (Strefetsa, 71), Əl-Kaabi.
Real (Madrid, İspaniya): Lunin, Aleksander-Arnold, Asensio (Dias, 73), Karreras, Mendi, Çuameni, Valverde, Kamavinqa (Sebalyos, 46), Arda Gülər (Bellingem, 61), Vinisius (F.Qarsiya, 90), Mbappe.
Qollar: Çikinyo, 8 (1:0). Mbappe, 22 (1:1). Mbappe, 24 (1:2). Mbappe, 29 (1:3). Taremi, 52 (2:3). Mbappe, 60 (2:4). Əl-Kaabi, 81 (3:4).
Vərəqələr: Kamavinqa, 23. Orteqa, 40. Arda Gülər, 56 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
26 noyabr. Pirey. 32325 tamaşaçı.

PSJ – Tottenhem 5:3 (1:1)
PSJ (Fransa): Şevalye, Zair-Emeri, Markinyos, Paço, Mendeş (L.Ernandes, 46), Neveş, Ruis, Vitinya (Zabarnı, 90+4), Barkolya (Li Kan İn, 56), Kvaratsxeliya (Dembele, 79), Ncantu (Ramuş, 79).
Tottenhem (London, İngiltərə): Vikario, Porro, Qrey (Palyinya, 56), Romero, Van De Ven, Spens (Udoci, 84), Bentankur, Sarr (Odober, 84), Berqvall (Kudus, 76), Kolo Muani (Simons, 84), Rişarlison.
Qollar: Rişarlison, 35 (0:1). Vitinya, 45 (1:1). Kolo Muani, 50 (1:2). Vitinya, 53 (2:2). Ruis, 59 (3:2). Paço, 64 (4:2). Kolo Muani, 73 (4:3). Vitinya, 76-p. (5:3).
Vərəqələr: Berqvall, 45+2 – sarı. Ernandes, 90+3 – qırmızı.
Hakim: Feliks Svayer (Almaniya).
26 noyabr. Paris. 47574 tamaşaçı.

Ayntraxt F – Atalanta 0:3 (0:0)
Ayntraxt (Frankfurt, Almaniya): Setterer, Kollins, Kox, Teate, Braun, Çaibi, Mahmud Dahud (Skiri, 69), Doan (Buta, 78), Götse (Batşuayi, 69), Knauff (Vahi, 78), Burkardt (Bahoya, 59).
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Bellanova, Kossunu, Hin, Cimşiti (Kolaşinats, 74), Zappakosta (Zalevski, 64), Ederson (Musa, 69), De Roon, De Ketelare, Lukman (Sulemana, 82), Skamakka (Krstoviç, 69).
Qollar: Lukman, 60 (0:1). Ederson, 62 (0:2). De Ketelare, 65 (0:3).
Vərəqə: yoxdu.
Hakim: Kris Kavana (İngiltərə).
26 noyabr. Frankfurt. 59500 tamaşaçı.

Sportinq – Brügge 3:0 (2:0)
Sportinq (Lissabon, Portuqaliya): R.Silva, Fresneda, Diomande, İnasio, M.Arauxo (Rays, 86), Hülmann, Simoeş (Morita, 63), Katamo (Blopa, 76), Trinkao, Kenda (Alisson, 76), Suares (Ribeyro, 86).
Brügge (Belçika): Yakers, Sike (Spileers, 81), Ordonyes, Mexele, Seys (Romero, 81), Stankoviç (Dyakon, 74), Onyedika, Vanaken, Forbs (Vetlesen, 74), K.Solis, Vermant (Trezoldi, 61).
Qollar: Kenda, 24 (1:0). Suares, 31 (2:0). Trinkao, 70 (3:0).
Vərəqələr: Hülmann, 9. Onyedika, 20. K.Solis, 68. Seys, 75. Mexele, 75 – sarı.
Hakim: Tobias Ştiler (Almaniya).
26 noyabr. Lissabon. 41634 tamaşaçı.

1. Arsenal 5 5 0 0 14-1 15
2. PSJ 5 4 0 1 19-8 12
3. Bavariya 5 4 0 1 15-6 12
4. İnter 5 4 0 1 12-3 12
5. Real 5 4 0 1 12-5 12
6. Borussiya D 5 3 1 1 17-11 10
7. Çelsi 5 3 1 1 12-6 10
8. Sportinq 5 3 1 1 11-5 10
9. Mançester Siti 5 3 1 1 10-5 10
10. Atalanta 5 3 1 1 6-5 10
11. Nyukasl 5 3 0 2 11-4 9
12. Atletiko 5 3 0 2 12-10 9
13. Liverpul 5 3 0 2 10-8 9
14. Qalatasaray 5 3 0 2 8-7 9
15. PSV 5 2 2 1 13-8 8
16. Tottenhem 5 2 2 1 10-7 8
17. Bayer-04 5 2 2 1 8-10 8
18. Barselona 5 2 1 2 12-10 7
19. Qarabağ 5 2 1 2 8-9 7
20. Napoli 5 2 1 2 6-9 7
21. Marsel 5 2 0 3 8-6 6
22. Yuventus 5 1 3 1 10-10 6
23. Monako 5 1 3 1 6-8 6
24. Pafos 5 1 3 1 4-7 6
25. Yunion 5 2 0 3 5-12 6
26. Brügge 5 1 1 3 8-13 4
27. Atletik 5 1 1 3 4-9 4
28. Ayntraxt F 5 1 1 3 7-14 4
29. Kopenhagen 5 1 1 3 7-14 4
30. Benfika 5 1 0 4 4-8 3
31. Slaviya 5 0 3 2 2-8 3
32. Bude/Qlimt 5 0 2 3 7-11 2
33. Olimpiakos 5 0 2 3 5-13 2
34. Vilyarreal 5 0 1 4 2-10 1
35. Kayrat 5 0 1 4 4-14 1
36. Ayaks 5 0 0 5 1-16 0

Bombardirlər: Mbappe (Real) – 9, Osimhen (Qalatasaray) – 6, Keyn (Bavariya), Holann (Mançester Siti) – 5.
Növbəti turun oyunları dekabrın 9-10-da keçiriləcək: Kayrat – Olimpiakos, Bavariya – Sportinq, Atalanta – Çelsi, Barselona – Ayntraxt F, İnter – Liverpul, Monako – Qalatasaray, PSV – Atletiko, Yunion – Marsel, Tottenhem – Slaviya, Qarabağ – Ayaks, Vilyarreal – Kopenhagen, Atletik – PSJ, Bayer-04 – Nyukasl, Benfika – Napoli, Brügge – Arsenal, Borussiya D – Bude/Qlimt, Yuventus – Pafos, Real – Mançester Siti.

Faktlar
* PSV avrokuboklar tarixində “Enfild”də “Liverpul”a ən azı 4 qol vuran 2-ci komanda oldu. 2023-ün fevralında “Real” bu stadionda 5 qol vurmuşdu.
* Drioş PSV tarixinə ÇK/ÇL-də sonradan meydana çıxaraq dubl edən 2-ci futbolçu kimi düşdü. İlk belə futbolçu 1975-in oktyabrında “Linfild” ilə oyunda Nik Disi olub.
* “Liverpul” son 12 rəsmi oyunda 9-cu dəfə uduzdu. Komandanın 12 oyuna 9 dəfə uduzduğu sonuncu dönəm 1953-54-cü illərə təsadüf etmişdi.
* “Liverpul” 1992-ci ildən bəri ilk dəfə ardıcıl 3 rəsmi oyunda ən azı 3 top buraxdı. Komanda bundan öncə “Mançester Siti” və “Kristal Pelas”ın hər ikisinə 0:3 uduzmuşdu.
* “Liverpul” 1953-ün dekabrından bəri ilk dəfə ardıcıl 3 rəsmi oyunda darmadağın oldu!
* “Liverpul” bu mövsüm premyer-liqa klubları arasında hamıdan çox (34) qol buraxıb.
* “Liverpul” bu mövsüm 3-cü dəfə ev matçında ən azı 3 top buraxdı. Maraqlıdı ki, Kloppun dönəmində “qırmızılar” evdə ümumilikdə 238 rəsmi oyunda bu aqibətlə üzləşmiş, yəni cəmi 3 ev oyununda ən azı 3 top buraxmışdı.
* “Arsenal” ÇL-in qrup/liqa mərhələsində evdə ardıcıl 16-cı qələbəsini qazandı!
* “Arsenal” tarixində ikinci dəfə ÇL-də mövsümə 5 qələbə ilə başladı. İlk belə hal 2005/06-da olmuş və komanda həmin mövsüm tarixində ilk və hələ ki sonuncu dəfə ÇL-in finalına yüksəlmişdi.
* Noyer “Bavariya”nın heyətində ÇL-də 10 dəfə qolla nəticələnən kobud səhvə yol verib. Bunlardan 4-ü “Arsenal” ilə səfər oyunlarına təsadüf edib!
* “Pafos”un heyətində 38 yaş 218 günlüyündə fərqlənən David Luis ÇL tarixində qol vuran ən yaşlı ikinci futbolçuya çevrildi! Bu siyahıya 2023-ün dekabrında “Portu”nun heyətində 40 yaş 290 günlüyündə “Şaxtyor”a qol vuran Pepe başçılıq edir.
* “Bavariya”lı Karl 17 yaş 277 günlüyündə “Arsenal”a qol vurdu. O, ÇL tarixində start heyətinə meydana çıxdığı ilk iki qarşılaşmada qol vuran ən gənc futbolçudu.
* Mbappe peşəkar karyerasında 4-cü, ÇL-də ilk dəfə poker etdi. Buna qədər Lionel Messi və Kriştiano Ronaldodan başqa heç bir futbolçu İspaniya klubunun heyətində bu turnirdə poker etməmişdi.
* Mbappe ÇL-də səfər matçında 4-cü dəfə het-trik etməklə turnirin yeni rekordunu müəyyənləşdirdi!
* Mbappe ilk 3 qolu 6 dəqiqə 42 saniyəyə sığışdırmaqla ÇL tarixinin ikinci ən qısamüddətli het-trikini rəsmiləşdirdi. 2022-ci ildə Salah “Liverpul”un heyətində “Reyncers”lə oyunda 3 qolu 6 dəqiqə 12 saniyəyə vurmuşdu.
* Bu mövsüm bütün turnirlərdə “Real”ın vurduğu 40 qoldan 22-si Mbappenin hesabındadı. Ümumilikdə o, Madrid nəhəngində 77 rəsmi oyunda hesabına 66 qol, 8 məhsuldar ötürmə yazıb.
* “Real” “Olimpiakos”a qarşı səfərdə keçirdiyi 5-ci, ümumilikdə isə Yunanıstanda keçirdiyi 10-cu rəsmi oyunda ilk dəfə qalib gəldi. Komanda buna qədər bu ölkədə keçirdiyi 9 oyundan 6 heç-heçə, 3 məğlubiyyət ilə ayrılmışdı.
* “Atalanta” ÇL-də bir hissədə 5 dəqiqə aralığında 3 qol vuran ilk İtaliya təmsilçisi oldu.

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

1-09-2025, 13:0

ÇL: kim kimlə qarşılaşacaq?

Dünya futbolu

8-05-2025, 11:0

''Arsenal''ın yarımfinal sindromu davam edir

Avrokuboklar / Çempionlar Liqası

9-04-2025, 11:0

ÇL-in pley-offunda bunu bacaran futbolçu olmamışdı

Dünya futbolu

24-02-2024, 00:0

“Mançester Siti” “Arsenal”ı arxada qoydu

Dünya futbolu

17-04-2025, 11:0

''Arsenal'' ''Bernabeu''nu da fəth etdi

Dünya futbolu

21-05-2023, 14:0

'Siti'' oynamadan çempion, ''Arsenal'' isə antirekordçu oldu

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 83
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə