"Qarabağ" - "Qəbələ" matçının biletləri satışa çıxarılır

12.12.2022 16:36 337
Premyer-liqa
Misli premyer-liqasının 17-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri sabah - oyun günü saat 11.00-dan etibarən satışa çıxarılacaq.

Football-plus.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu saat 19.00-da başlayacaq.