Florentino Peres “Real”ın prezident postunu erkən tərk edəcək. O, bu il bu vəzifədən ayrılmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, Peres klubun üzvlərinin onun namizədliyinə referendum yolu ilə dəstək verib-verməyəcəyindən asılı olmayaraq, postunu tərk edəcək.
Xatırladaq ki, 78 yaşlı funksioner “Real”a ikinci dəfə 2009-cu ildə prezident seçilib. Peres kluba ilk dəfə 2000-06-cı illərdə rəhbərlik edib. Bu ötən yanvarında növbəti 4 il müddətinə postunu qorusa da, 2026-cı ildə ali kürsüdən ayrılmağı lazım bilib.
Maraq üçün “Real”ın Peresin 22 illik prezidentliyi dövründə 37 titul qazandğını xatırladaq.