“Bavariya”da prezident seçkisi keçirilib. Nəticə heç kimi təəccübləndirməyib.
Football-plus.az xəbər verir ki, Herbert Hayner yenidən prezident seçilib. Münhen klubunun rəsmi saytının yaydığı xəbərə görə, 68 yaşlı funksioner seçkidə böyük səs çoxluğu ilə qalib gəlib.
O, 78 faiz səslə postunu qoruyub. 2019-cu ildən “Bavariya”nın rəhbəri olan Hayner prezident vəzifəsində Uli Hönnesi əvəzləmişdi.