Peres postunu seçkisiz qorudu

21.01.2025 20:57 292
Dünya futbolu
Florentino Peres “Real”a daha bir neçə il rəhbərlik edəcək.

"Football-plus.az" xəbər verir ki, o, növbəti dəfə prezident seçilib.

77 yaşlı funksionerin prezidentlik dövrü daha 4 il davam edəcək. O, bu dəfə postunu seçkisiz qoruyub. Belə ki, seçkidə ali vəzifə üçün yeganə namizəd idi. Peres ilk dəfə 2000-ci ildə “Real”ın prezidenti seçilib. 2006-cı ilə qədər bu vəzifəni tutan məşhur biznesmen bir də 2009-cu ildə rəhbər postuna qayıdıb. Funksioner kluba 2029-cu ilədək başçılıq edəcək.

Qeyd edək ki, “Real” Peresin dövründə futbol sahəsində 37, basketbolda 28 olmaqla ümumilikdə 65 çempionluq qazanıb. O, “kral klubu”ndakı səlahiyyətini başa vurduqda “Real”a ən uzun müddət prezidentlik etmiş şəxs olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul