Postunu ikinci dəfə qorudu

10.02.2025 10:31 209
Dünya futbolu
İtaliya Futbol Federasiyasında (İFF) prezident seçkisi keçirilib. Seçkinin nəticəsi heç kimdə şübhə doğurmayıb.

Belə ki, bu vəzifəyə yeganə namizəd olan Qabriele Qravinanın postunu qoruyacağı gözlənilirdi. O, ardıcıl 3-cü dəfə prezident seçilib. 71 yaşlı funksioner İFF-nin prezidenti vəzifəsinə ilk dəfə 2018-ci il oktyabrın 22-də seçilib.

2021-ci il fevralın 22-də ikinci dəfə futbol qurumuna rəhbər seçilən Qravinanın fəaliyyəti dövründə İtaliya yığması AÇ-2020-nin qalibi olub. Onun UEFA-nın vitse-prezidenti olduğunu da qeyd edək.