“Real”da heyətlə bağlı daha bir problem ortaya çıxıb.
"Football-plus.az" xəbər verir ki, komandanın müdafiəçisi Raul Asensio infeksiyaya yoluxub. Bu səbəbdən onun İspaniya çempionatının “Jirona” ilə oyununda iştirakı mümkün olmayıb.Raulun sıraya nə vaxt dönəcəyi hələ ki açıqlanmayıb.
O, bu mövsüm La Liqada 8 oyunda meydana çıxıb.