Millimiz Sloveniyaya uduzdu - AÇ

25.11.2025 17:17 13
Ölkə futbolu
U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız Sloveniya ilə üz-üzə gəlib. Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçirilib. Oyunda millimiz 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, B Liqasının 5-ci qrupunda yer alan milli növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

B Liqası, 5-ci qrup
Sloveniya U-19 - Azərbaycan U-19 - 2:0