Mikels "30"a çatdı

19.08.2024 12:37 314
Ölkə futbolu
Coy-Lens Mikels ölkə çempionatlarında 30-cu qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Misli premyer-liqasının 3-cü turuna təsadüf edib. 30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.

“Sabah”ın premyer-liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels ölkə çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.

Qeyd edək ki, almaniyalı hücumçunun premyer-liqadakı ilk qolu 2021/22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul