"Qarabağ"ı ikinci hissədə görə bildik" - Vasili Berezutski

7.12.2024 21:33 479
Premyer-liqa / Manşet
“Sabah” Misli premyer-liqasının 16-cı turunda “Qarabağ”la heç-heçə etdi - 1:1.

“Football-plus.az” xəbər verir ki, “Sabah”ın baş məşqçisi Vasili Berezutski oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Əlbəttə ki, çox çətin oyun oldu. Nəticəni normal hesab edirəm. Oyunun məzmununa gəldikdə isə çox-çox işləmək lazımdı.

- Fərqli iki hissə izlədik. Demək olarmı ki, hər iki komanda rotasiya etmişdi?
- Məncə, bunda iki səbəb ola bilərdi. Bizim yorğunluğumuzd ikinci hissədə öz təsirini göstərdi. Biz mövqelərimizi itirdik. Buna baxmayaraq, əks-hücumlarımız da oldu. Hazırki nəticədən məmnunuq.

- Azərbaycana gəlməmişdən qabaq bilirdiz ki, lider “Qarabağ”dı. Gözlədiyiniz "Qarabağ"ı gördünüzmü?
- Deyə bilərəm ki ilk hissə rəqibə nisəbətən daha yaxşı çıxış etdik. Rəqibin hücum potensialının qarşısını ala bildik. "Qarabağ"ı ikinci hissədə görə bildik. Müxtəlif kombinasiyalardan istifadə edirdilər.

- Bu gün lider ilə aranızda 16 xal fərq var. “Sabah” avrokuboklar uğrunda mübarizədə yarışa bilər? Komandanın potensialı buna imkan verirmi?
- Əlbbətə ki, oyunçuların potensialı buna imkan verir. Bir həftə ərzində qarşıdakı oyunlara hazırlaşacağıq.

- Boyan Letiçi sağ cinah yarımmüdafiəçisi mövqeyində oynadırsız. Bunu qarşıdakı matçlarda da edəcəksiz?
- Kubok oyunundan sonra rotasiyalar etmək istəyirdik. Boyan 120 dəqiqə “Turan Tovuz”a qarşı oynamışdı. Bu gün də yaxşı oynadı.

- Müdafiə xəttinin vəziyyəti sizi qane edirmi?
- Birinci hissədən məmnunam. İkinci yarıda quruluşumuzu itirdik. Buna “Qarabağ”ın hücum xətti də daxil oldu.

- Rusiyadakı əlaqələri nəzərə alsaq, oradakı tanıdığınız oyunçuları gətirmək planınız varmı?
- Bizim çox yaxşı skaut qrupumuz var. Biz onlara həvalə edəcəyik.

ƏSƏD SEYİDOV