"Qarabağ"ın haqqını vermək lazımdı, yaxşı oynadılar" - Kurban Berdıyev

17.10.2025 23:39 24
Ölkə futbolu / Manşet
"Turan Tovuz" Misli premyer-liqasının 8-ci turunda "Qarabağ"a uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. "Qarabağ" kimi komandaya qarşı oynamaq çətindi. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.

- Son 15 dəqiqədə sanki komandada fiziki cəhətdən eniş var idi. Siz necə düşünürsüz?
- Elə düşünmürəm. Fiziki baxımdan düşüş yox idi.

- İki hissə arasında hansı fərq var idi?
- Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma "Qarabağ"ın haqqını vermək lazımdı, yaxşı oynadılar. 

- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?
- Xeyr, belə planlaşdırmışdıq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul