“Neftçi” daha yaxşı yerlərə layiqdi” – Sənan Qurbanov

28.11.2025 21:15 22
Ölkə futbolu / Manşet
"Neftçi" Misli premyer-liqasının 13-cü turunda səfərdə "Turan Tovuz"la qolsuz bərabərlərliyə razılaşdı. "Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Sənan Qurbanovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- İddialı kluba qarşı oynadıq. Bu meydançada gözləntilərimiz mübarizəli oyun idi. İki gün məşq keçə bildik. Bura qələbə qazanmağa gəlmişdik. Qarşıdakı günlərdə komandamız işə bu şəkildə ciddi yanaşsa, uğur uzaqda deyil.
- Nəyi dəyişmək istədiz?
- Sadəcə, müdafiədə daha ciddi oynamağa çalışırdıq. Müdafiədən hücuma keçidlərdə rəqibimiz təhlükəlidi. “Neftçi” daha yaxşı yerlərə layiqdi.
- Bu xalı qənatbəxş saymaq olarmı?
- Qələbə bizi ön sıralara da ata bilərdi. Hər iki komanda sonda 1 xal qazandı. Ümidlə baxmaq lazımdı. Mübarizənin keyfiyyətini artırsaq, yaxşı olacaq.
- Tovuzdan getmişdiz, qayıdası olduz. Özünüzü bu matça necə hazırladız?
- Həm özümü, həm də komandanı psixoloji baxımdan hazırlamağa çalışdım. Komandamız pis çıxış etmədi.
- Karyeranızda tanınmış insanlarla bir yerdə işlədiz. Abubakarın da baş məşqçisi olduz. Onunla işləmək necə idi?
- Çox peşəkar futbolçudu, işə ciddi yanaşır. Bazaya tez gəlir, məşqlərdə canla-başla çalışır.
- Samir Abbasov son müsahibəsində belə dedi ki, adamın arxasında kimsə olmalıdı. Həqiqətən kimsə lazımdı?
- Samir Abbasov mənim dostumdu, sonuncu dəfə “Neftçi”ni çempion edən adamdı. Özünü sübut etmiş məşqçidi. Bu naliyyətlər məşqçini önə gətirir.
- Bundan sonrakı dönəm üçün “Neftçi”nin hədəfinin ölkə kuboku olacağını demək olar?
- Basqı altında oynamaq da asan deyil.“Zirə” ciddi rəqibdi. Hazırlığı davam etdirəcəyik.
- Samir Abasov gənclərə az şans verdiyinə görə qınanırdı. Rza Cəfərovu meydanda görmədik. Murad da az oynadı…
- Birdən-birə qlobal dəyişillik etmək də düzgün olmazdı. Rza, Ağadadaş və Murad da perspektivli futbolçudu. Yetərincə şans da qazanıblar.
- “Zirə” ilə kubok oyununa komandanı siz çıxaracaqsız?
- Bilmirəm. Akademiyada işləyirəm. Nə desələr, sevə-sevə yardım göstərərəm.
- Sizlə birbaşa müqavilə bağlamağa nə mane oldu?
- Burda daim uğur qazanmalısan. Təklif etsələr, məmnuniyyətlə qəbul edərəm.
ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul