Bu komandaya texniki məğlubiyyət verildi

27.11.2025 13:59 12
Ölkə futbolu
AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı"nı cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.

Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdı) üçün texniki məğlubiyyət alıb.

Hesab isə olduğu kimi saxlanılıb.