2-ci liqada mübarizə aparan "Qusar" klubuna texniki məğlubiyyət verilib.
"Football-plus.az" xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında bu haqda qərar açıqlanıb.
2-ci liqada 13-cü turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub həmçinin 300 manat cərimə edilib.