2-ci liqasında mübarizə aparan "Lerik" komandası texniki məğlubiyyət ilə cəzalandırılıb.
"Football-plus.az" xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
2-ci liqanın 7-ci turunun “Şəfa” ilə matçı “Lerik”in görüşə gəlməməsi səbəbindən baş tutmayıb. Ona görə də “Lerik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. Həmçinin komanda 300 manat cərimələnib.