"Qaradağ Lökbatan"a texniki məğlubiyyət verildi

8.04.2025 12:23 11
Ölkə futbolu
AFFA İntizam Komitəsi 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Belə ki, 20-ci turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaqların heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna daxil olduğuna görə Lökbatan təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.