İtaliyadakı oyun üçün "Qarabağ" azarkeşlərinə nə qədər yer ayrılıb?

14.11.2025 13:14 15
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını "Stadio Diego Armando Maradona"da izləmək istəyən Ağdam təmsilçisinin azarkeşləri üçün ayrılmış vauçerlər satışa çıxır.

"Football-plus.az" xəbər verir ki, vauçerlər "iticket.az" saytında onlayn şəkildə bu gün saat 15.00-dan etibarən satışda olacaq. Biletlərin qiyməti 110 manatdı.

Vauçerləri ilkin olaraq "iticket.az"da əldə etmək mümkündü. Oyun gününə qədər biletlər sifariş zamanı göstərilən e-mail ünvanına "iticket.az"ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Qarabağ" azarkeşləri üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb.

Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

Klubunun açıqlamasında bildirib ki, azarkeşlər e-mail ünvanının düzgün yazılmasından əmin olmalıdır. və biletlər yalnız göstərilən e-mail ünvanına göndəriləcək.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.