“Qarabağ” bu futbolçuları Neapola aparmayacaq... – ciddi itkilər!

23.11.2025 13:40 222
Manşet / Avrokuboklar
“Qarabağ” bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində “Napoli”yə qarşı keçiriləcək oyun üçün İtaliyaya yollanacaq. Ağdamlılar saat 18.00-da çarter reysi ilə Neapola gedəcək.

Bəs, “köhlən atlar” zədəli futbolçuları da özləriylə aparacaqmı?

“Qarabağ”ın mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə, klub Şahruddin Məhəmmədəliyevlə Kadi Borgesi Bakıda saxlayacaq. İtaliyaya yalnız adı matçın iştirak ərizəsinə salınacaq futbolçular aparılacaq.

Xatırladaq ki, hər iki oyunçunun durumu ciddidi. Şahruddin sol bud çanağındakı zədə üzündən 2-3 ay yaşıl meydandan uzaq qalacaq. “Çelsi”ylə matça sıradan çıxan Borgesin isə sol fibulasında sınıq aşkarlanıb. Onun yenidən forma geyə bilməsi üçün 8-10 həftə vaxt lazımdı.

KƏNAN BAHADIR