Ən yaxşılarımız ikincidi

23.11.2025 17:25 5
İdman
Beynəlxaq Cüdo Federasiyası Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Qran-pri”nin yekununa əsasən yenilənmiş reytinqi açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, Olimpiya çempionları Hidayət Heydərovla (73 kq, 4176 xal) Zəlim Kotsoyev (100 kq, 5118), həmçinin Elcan Hacıyev (90 kq, 2991) 2-ci pillədə qərarlaşıb. Ruslan Paşayev (66 kq, 2991) 5-ci, həmin “Qran-pri”nin qalibi Kənan Nəsibov (+100 kq, 2055) isə 11 pillə irəliləməklə 20-ci yerdədi.

Zaqrebdə bürünc medal qazanan cüdoçularımız da mövqeyini yaxşılaşdırıb. 4 pillə irəliləyən Vüqar Talıbov (90 kq, 2197) 13-cü, 65 pillə irəliləyən Hüseyn Allahyarov (60 kq, 520) 78-ci pillədə qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul