Olimpiya çempionlarımız reytinq cədvəlinin ilk pilləsində

24.03.2025 23:43 4
İdman
Cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlinə başçılıq edirlər.

"Football-plus.az" xəbər verir ki, onlar Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı cədvəldə lider mövqeyində qərarlaşıblar.

Hesabında 7254 xal olan Hidayət ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4800 xal) böyük fərqlə qabaqlayır. Zelim isə 6112 xalla 1-ci pillədə yer alıb. O, Matvey Kanikovskiy və İlya Sulamanidzeni geridə qoyub.

Digər cüdoçularımızdan Turan Bayramov (60 kq) iki pillə irəliləyərik 12-ci, Ruslan Paşayev (66 kq) isə bir pillə yüksələrək 19-cu pillədə yer alıb. Uşanqi Kokaurinin (+100) bir pillə geriləsə də (16-cı yer), Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) mövqeyində dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 8-ci və 10-cu pillələrdə qərarlaşıblar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul