Cüdo üzrə dünya reytinqində dəyişikliklər olub.
"Football-plus.az" xəbər verir ki, cüdoçularımızın mövqeləri, əsasən, dəyişməz qalsa da, Murad Fətiyev (90 kq) cədvəldə yüksəlib. Abu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin bürünc mükafatçısı bu nəticədən dərhal sonra 9-cu yerə yüksəlib, indi isə 7-ci mövqedədi. Elcan Hacıyev də iki pillə irəliləyib. Olimpiya iştirakçısı 9-cudu. Həmçinin Balabəy Ağayev (60 kq) və Zelim Tskayev (81 kq) 7-ci sırada, Uşanqi Kokauri (+100 kq) isə 10-cu yerdədi.
Millimizin liderlərinin mövqeyi dəyişməz qalıb. Olimpiya çempionlarımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çəki dərəcələrində yenə birincidilər.