Qadın şahmatçılardan ibarət millimiz İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib.
"Football-plus.az" xəbər verir ki, yığmalar iki qarşılaşma keçiriblər. Hər iki görüş 2:2 hesabı ilə bitib.
Qalib bəlli olmadığı üçün finala yüksələn komanda taybrekdə bəlli olub. Komandamız taybrekdə 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Finalda şahmatçılarımızın rəqibi FIDE komandası olacaq.