Millimizin yarımfinaldakı rəqibi müəyyənləşdi - DÇ

22.11.2025 11:21 7
İdman
İspaniyanın Linares şəhərində keçirilən Qadınlar arasında Şahmat üzrə dünya komanda çempionatinin yarımfinal cütlükləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, yarımfinalda Azərbaycan komandasının rəqibi Qazaxıstan olacaq.

Dörddəbir finalda Azərbaycan şahmatçıları Gürcüstanı, Qazaxıstan isə Hindistanı məğlub edib.

Digər yarımfinalda FIDE komandası Çinlə qarşılaşacaq.

1/4 finalda FIDE Gürcüstan komandasını, Çin isı ABŞ-ı mübarizədən kənarlaşdırıb.

Yarımfinallar noyabrın 22-də olacaq. Turnir noyabrın 23-də başa çatacaq.