“Napoli” ilə bağlı qorxunc statistika – yəni “Qarabağ” bunu bacaracaq?

20.11.2025 00:05 103
Avrokuboklar / Manşet
Yığma həyəcanı (buna həyəcan demək olarsa...) bitdi, Azərbaycan futbolu bu il üçün son iki böyük sınaq ərəfəsindədi. Əlbəttə, söhbət “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti iki oyunundan gedir.

Ağdamlılar noyabrın 25-də səfərdə “Napoli” ilə qarşılaşacaq, dekabrın 10-da “Ayaks”ı qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, UEFA-nın rəsmi saytı “Napoli” – “Qarabağ” oyunun ərəfəsində ənənəvi statistik xülasə təqdim edib. Burda yer alan rəqəmlər Azərbaycan çempionu üçün, yumşaq desəm, qorxuncdu. Söhbət heç də təkcə ağdamlıların İtaliya təmsilçiləri ilə keçirdiyi əvvəlki 6 avrokubok oyununun heç birində qələbə qazana bilməməsindən (yalnız bir heç-heçəmiz var) getmir.

İş ondadı ki, Neapol təmsilçisi ÇL çərçivəsində evdə keçirdiyi son 19 oyunun yalnız birində məğlub olub (11 qələbə, 7 heç-heçə). Düzünə qalsa, bizə heç o qələbədən ötrü sinov getmirik. Olsa nə yaxşı, olmasa da faciə deyil. Həmin 7 heç-heçə var e, ondan biri bəsimizdi.

Haydı, “Qarabağ”, sən bunu bacararsan! Bacaracaqsan!

ORXAN