"Sumqayıt" - “Qarabağ" oyununa satılan biletlərin sayı

19.11.2025 19:09 13
Ölkə futbolu
Misli premyer-liqasının 12-ci turunun “Sumqayıt” - “Qarabağ” oyununa artıq 4000 bilet satılıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda "Sumqayıt"ın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, biletləri "iticket.az", 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı hər gün 15.00-19.00 arası Mehdi Hüseynzadə adına stadionun kassasından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdı. Qeyd edək ki, oyun noyabrın 21-i saat 19.00-da başlanacaq.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun 10 min tamaşaçı tutumu var.