"Sumqayıt" - "Fehervar" matçının biletləri satışda

15.07.2024 14:04 253
Ölkə futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Sumqayıt" - "Fehervar" qarşılaşmasının biletləri artıq satışdadı.

"Football-plus.az" xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdı.

Qeyd edək ki, iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20.00-da başlayacaq.