Ölkə kubokunun final oyununun biletləri satışda

15.05.2025 21:17 24
Ölkə futbolu
Ölkə kubokunun final oyununun biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Mayın 31-də "Qarabağ" və "Sabah"ın üz-üzə gələcəyi həlledici qarşılaşmanın biletlərini bu gündən etibarən iTicket.az saytı və satış məntəqələrindən əldə etmək mümkündür.

Məlumatda o da qeyd olunub ki, azarkeşlər üçün görüşdən 1 saat əvvəl - saat 18.00-da "Darvish Band" qrupunun konsert proqramı təşkil olunacaq.

Biletlərin satış məntəqələri: Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M. Rəsulzadə küç. 3, Bakı), Köşk №2 (Bülbül prospekti və Nizami küçəsinin kəsişməsi, Bakı), 1, 2, 3, 4 saylı ASAN xidmət mərkəzləri və 1 saylı Sumqayıt ASAN xidmət mərkəzi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd olunub ki, final görüşünün keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarından biletləri yalnız oyun günü əldə etmək mümkündü.

Bilet qiymətləri 3 , 5 , 10, 15, 20, 30 və 50 AZN ("VIP Lounge") təşkil edir.