Konfrans Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində 25 iyul, saat 20.00-da başlayacaq "Sumqayıt" - "Fehervar" (Macarıstan) matçına bu gün saat 11.00-a olan məlumata əsasən, 4600 bilet satılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə "Sumqayıt"ın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, iTicket.az və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı artıq dünəndən etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından da bilet satışına start verilib.