Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacıməhərrəmov UEFA tərəfindən təyinat alıb.
"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Ayntraxt” (Almaniya) - “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Sözügedən qarşılaşma noyabrın 26-da baş tutacaq.