Hacıməhərrəmov UEFA tərəfindən təyinat aldı

25.08.2025 16:44 20
Ölkə futbolu
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacıməhərrəmov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. O, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.