Zaur Hacıməhərrəmov UEFA tərəfindən təyinat aldı

1.08.2025 12:58 7
Ölkə futbolu
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 6-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.