PFL-in direktoru “Panatinaikos” - “Fiorentina” oyununda

26.02.2025 18:03 250
Ölkə futbolu
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacıməhərrəmov UEFA tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 6-da keçiriləcək “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 6-da Afina Olimpiya Stadionunda keçiriləcək.