• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Onları milliyə görünüş üçün çağırmırıq" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

16-11-2025, 00:0

Yığmamız DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Bakıda Fransa ilə üz-üzə gələcək.

“Football-plus.az” xəbər verir ki, oyunöncəsi mətbuat
konfransında Ayxan Abbasov jurnalistlərin suallarını cavablayıb.

- Sabah seçmə mərhələdə sonuncu oyunumuzdu. Çətin qrupda idik. Fransa millisi qrupun lideridi. Səfərdə də ağır oyun olmuşdu. Amma həqiqətən orda futbolçularımızın mübarizəsi 70-ci dəqiqəyə qədər yaxşı idi. Bilirdik ki, sonlarda rəqib üzərimizə daha çox gələcək. Sabah heyətində dəyişikliklər ola bilər. Yeni futbolçular var, özlərini daha çox göstərməyə çalışacaqlar. Bizdə də itkilər
var. Toral Bayramov da dünən zədələndi. Onun yerinə oynayacaq futbolçuya inanırıq. Azarkeş dəstəyi olacaq. İnanıram ki, futbolçularımız ən azından yaxşı mübarizə aparacaq. Bu gün belə rəqiblə mübarizə aparmağın özü də gələcəyimiz üçün yaxşılığa doğru addım sayıla bilər.

- Robert Prosineçkidən sonra gələn məşqçilərin üslubuna baxsaq, hamısı sizin kimi müdafiə taktikası ilə oynayırdılar. Sabah bəlkə "avtobus"u kənara qoyaq, hücum edək, başqa cür oynayaq? Müdafiə futbolundan uzaqlaşmaq mümkündü?
- Müdafiə deyəndə ki, bu gün baxsaq, görərik ki, Fransa ilə oyunda bütün rəqiblər çətinlik çəkir. İslandiya ilə oyunu deyirsizsə, 2 oyun arasında çox fərq var. "Avtobus" müdafiə futbolu deyirik. Bəlkə İslandiya matçı ən çox hücum etdiyimiz oyun idi. Qol epizodları da yaratdıq. Əvvəl 1-2 epziod yaradıb, sevinirdiksə, son matçda 6 qol epizodumuz oldu. Biz də hücum etmək istəyirik, futbolçularımız da. Rəqibdən çox şey asılıdı. Əsas odu ki, sabah mübarizə aparaq. Futbolda ancaq hücum etmək
deyə bir şey yoxdu. Çempionlar Liqasında oynayan komandalar həm hücum edirlər, həm də müdafiə olunurlar. Təəssüf ki, biz ancaq hücumu düşünürük. Reallığımızı qəbul etmirik. Özünəməxsus yanaşmamız olacaq. Rəqibi analiz edərək, hücum etməyə çalışacağıq.

- Şanssızlıqdan heyətdə itkilər var. Mahir və Musa əvvəldən, Elvinlə, Toral sonradan. Sol cinah müdafiəçisi mövqeyində oynaya biləcək yeganə futbolçu Rüfət Abbasovdu. Onun 90 dəqiqə oynamağa fiziki gücü yetəcək, yoxsa hadisələrin axarında taktiki dəyişiklik mümkün olar?
- Sol cinah müdafiəçilərinin zədələnməsi bizi çətin duruma saldı. Rüfət Abbasov İslandiyaya qarşı yaxşı oynadı. İlk matçı idi. Gənclərə şans verməliyik. Onları milliyə görünüş üçün çağırmırıq. Çağırırıqsa, deməli onlara güvənirik. Xəyal Əliyev də pis təsir bağışlamadı. Dəyişiklik ola bilər. Futbolçuların durumuna baxacağıq. İslandiya ilə
matçda çox yükləndilər. Bu gün qərar verəcəyik.

- Şahruddin Məhəmmədəliyevin cəzası bitib. Təcrübəsi digər qapıçılardan çoxdu. Sabah qapıda kimi görəcəyik? Aydını, yoxsa Şahı?
- Bilirik ki, 1-ci qapıçımız Şahruddindi. Aydın Bayramov işinin öhdəsindən gəlməyə çalışdı. Sabah qapıda Şahruddini görəcəyik.

- Toral Bayramovun zədəsi nə dərəcədə ciddidi?
- Əzələsində 1-ci dərəcəli dartılma var.

- Fransa millisinin heyətində çox dəyişiklik olacaq. Əvvəlki komanda olmayacaq, bir az zəif ola bilərlər. Sizin üçün zəfər əldə etmək üçün fürsət ola bilər?
- Rəqibimiz qrupdan çıxıb və yəqin ki, yeni oyunçulara şans verəcək. Amma o futbolçular da Avropanın ən böyük komandalarında oynayırlar. Özlərini göstərməyə çalışacaqlar. Meydanda kim oynasa, fərqi yoxdu. Eyni mübarizəni aparacağıq.

- Azərbaycan millisi üçün sabah əsas motivasiya qaynağı nə olacaq?
- Fransa millisinin xala ehtiyacı var, ya yox, meydana qələbə üçün çıxır. Motivasiyamız odu ki, böyük komandaya qarşı mübarizə aparaq. Böyük oyundu. Bu cür matçlarda mübarizə aparmaq gələcək üçün yaxşıdı.

- Deyirdik ki, milliyə yerli məşqçi gəlsin. İslandiya ilə
oyundan sonra isə deyirlər ki, materialımız yoxdu, legioner limiti götürülüb. Millətlər Liqasına böyük ümidimiz var. Materialı necə dəyişəcəksiz? Ortaya necə yeni material çıxacaracaqsız?
- Material var. Sadəcə formada deyillər. Bu
futbolçularımız tam formada olsalar, Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma ora qədər vaxt var. Futbolçular formada olmalıdı, bunun üçün isə oynamaq lazımdı. Bu gün futbolçu milliyə hazır gəlməlidi. 3-4 günə onları hazır etmək olmur. Seçim imkanımız da olmalıdı. Futbolçular öz klublarında daimi oynamalıdı. Klubda mübarizəni udmalıdılar. 4 hücumçumuzun dördü də formada olsa, rahat olardıq.

- Yenə Fransa ilə oyundan əvvəl "Oser faciəsi"nin qəhrəmanlarından biri, hazırda "Turan Tovuz"da məşqçi kimi çalışan Yunis Hüseynov sizin haqda danışıb. Deyib ki, Ayxan Abbasov özünü gülünc vəziyyətə salır, fikirləri məşqçiyə yaraşmır. "Turan Tovuz" haqda danışmasın filan... Bu açıqlamaya münasibətiniz necədi?
- Gəlin, oyundan qabaq bu mövzulara toxunmayaq. Bütün klublar mənim üçün eynidi. Hər klubun məşqçilərinə hörmətlə yanaşıram, heç bir kluba hörmətsizlik etməmişəm.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

9-10-2025, 22:0

"Uşaqlar bu cür matçlarda özlərini göstərməlidilər” - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

15-11-2025, 23:0

“Mbappesiz daha çətin olacaq” - Elvin Bədəlov

Ölkə futbolu / Manşet

12-10-2025, 21:0

"Maksimum nəticə nədisə, onun üçün üçün çalışacağıq" - Elvin Cəfərquliyev

Ölkə futbolu

30-09-2025, 14:0

"Gələcək üçün ümid verməyə çalışacağıq” - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

14-11-2025, 00:0

“Bəhanə kimi olmasın, amma bu gün hakimlik bizə qarşı idi” – Ayxan Abbasov

Ölkə futbolu / Manşet

15-11-2025, 14:0

Ayxan Abbasov Toral Bayramovun yerinə kimi çağıracaq? - AFFA-dan açıqlama

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Bu gün, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Bu gün, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Bu gün, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Bu gün, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Bu gün, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Bu gün, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Bu gün, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Bu gün, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 103
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə