Ayxan Abbasov Toral Bayramovun yerinə kimi çağıracaq? - AFFA-dan açıqlama

15.11.2025 14:49 48
Ölkə futbolu / Manşet
Elvin Cəfərquliyevin ardından Toral Bayramov da millinin düşərgəsindən ayrılıb. 24 yaşlı futbolçu zədə səbəbindən Fransa ilə matçda iştirak edə bilməyəcək.

Bəs yığmanın baş məşqçisi Ayxan Abbasov Bayramovun yerinə kimisə çağıracaqmı?

AFFA-nın Mətbuat və İctiamiyyətlərlə Əlaqələr departamentinin rəhbəri Murad Axundov “Football-plus.az”a açıqlamasında heç kimin dəvət olunmayacağını dedi:
“Bəli, Toral Bayramov heyətdən çıxarılıb. Amma onun yerinə kimsə çağrılsaydı, məlumat verilərdi”.
MÜZƏFFƏR QULUZADƏ