“Red Bull”un pilotu Maks Ferstappen həftəsonu keçiriləcək Braziliya mərhələsi üçün xüsusi dəbilqə hazırlatdırdığını bildirib:
“Dünya çempionatının növbəti mərhələsi üçün xüsusi Braziliya dəbilqəsi hazırlatdırmışam. Braziliya zəngin tarixə və çoxlu şəxsi xatirələrə malik yerdi. Mən ənənəvi parlaq rənglər seçmişəm”.
Maraqlıdı ki, niderlandlı sürücünün qız dostu Kelli Kille braziliyalıdı. Ferstappen əvvəllər, yəni 2019, 2023 və 2024-cü illərdə Braziliya mərhələsinin qalibi olub. Cari mövsümdə isə o, 20 mərhələdən sonra 321 xalla 3-cü pillədə qərarlaşıb.