"Formula-1" üzrə dünya çempionatında çıxış edən komandalardan "Red Bull"un pilotu Maks Ferstappen ardıcıl üç yarışda fəxri kürsüdən kənarda qalmaqla 2019-cu ildən bəri ən pis nəticəni göstərib.
"Football-plus.az" xəbər verir ki, niderlandlı sürücü Avstriyadakı yarışı başa çatdıra bilməyib. İngiltərə mərhələsini beşinci, Belçika mərhələsini isə dördüncü tamamlayıb. 6 il əvvəl də Ferstappen, uyğun olaraq, Rusiya, Yaponiya və Meksika mərhələlərində fəxri kürsüyə yüksələ bilməmişdi.
Ferstappen hazırda 185 xalla sürücülərin sıralamasında 3-cü sırada qərarlaşıb. Siyahıya 266 xalla “Maklaren”in pilotu Oskar Piastri başçılıq edir.