“Ferstappen küçə sərsərisi kimi pilotluq edir”

11.11.2024 05:21 281
İdman
Sabiq “Formula-1” pilotu Ralf Şumaher sonuncu – Meksika mərhələsində “Red Bull”un pilotu Maks Ferstappenlə “Maklaren” pilotu Lando Norris arasında yaşanan qalmaqalı şərh edərkən maraqlı ifadə işlədib. Daha dəqiqi, o, niderlanlının sürücülük üslubunu tənqid edib:

“Maks bilərəkdən Norrisə təzyiq göstərirdi. O, küçə sərsərisi kimi pilotluq edir. Maks tam riskə gedir, bunu özünə rəva bilir. Hər halda, məhz Ferstappen liderdi”.

Xatırladaq ki, Ferstappen Meksika mərhələsində Norrislə mübarizə zamanı təhlükəli manevrlər etdiyinə görə iki 10 saniyəlik cərimə ilə üzləşib. Dünya çempionatının axarına gəlincə, Ferstappen 393 xalla şəxsi hesabda liderdi. Norris isə 331 xalla 2-ci pillədə qərarlaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul