Onun topuq soyuqlamasına görə yığmanın düşərgəsindən ayrıldığı iddia olunsa da, bu varianta inanmayanların, futbolçunun, sadəcə, hiyləgərlik etdiyini düşünənlərin sayı çoxdu.
“Football-plus.az” xəbər verir ki, PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten bu məsələyə başqa yöndən yanaşıb:
“Ukrayna ilə oyunda hesab artıq 4:0 olandan sonra özümüzə sual verirdik ki, görəsən, futbolçulardan hansı Bakıya getməmək üçün özünə zədə uyduracaq. Mbappe yığmanın kapitanıdı, ona xüsusi münasibət var. Ancaq onunla yanaşı, komanda yoldaşları da var axı! Düşünürsüz ki, Mbappenin Bakıya gedən komanda yoldaşları və onun qədər, hətta bəlkə də çox oynayan futbolçular yorulmayıblar, bu mənasız oyunda iştirak etmək istəyirlər? Yox. Ancaq onlar getməyə məcburdular. Belə qərarlar paltardəyişmə otağında problem yarada bilər. Əminəm ki, belə imtiyazlı münasibətdən bezən oyunçular var”.
ORXAN





