“Bavariya”nın bu hadisəyə reaksiyası diqqəti cəlb edir. Almaniya klubunun idman direktoru Maks Eberl fransalı hücumçunun “Real”a keçidinə maraqlı münasibət bildirib. O, Mbappenin keçidi üçün milyonlarla pul xərcləndiyini deyərək bu transferi tənqid edib:
“Bəlkə də siz pula həris bir adamsız. Lakin pula həris olan adamlar tədricən futbolun tabutuna mismar olacaqlar. Söhbət yüz milyonlardan gedir. Əvvəllər klublar transferlərdən faydalanırdılar. Pul dövriyyədə qalırdı, indi isə faydalı transferlər getdikcə azalır”.




