Messini arxada qoydu

15.11.2025 11:58 6
Dünya futbolu
Xulian Alvares Çempionlar Liqasında yeni rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, bu haqda turnirin rəsmi X hesabında məlumat yayılıb. “Atletiko”nun hücumçusu turnirdə keçirdiyi ilk 30 oyunda 17 qol vurub. Bu göstərici Çempionlar Liqasının tarixi üçün rekord sayılır.

Əvvəlki rekord ilk 30 oyuna 16 qol ilə Lionel Messiyə məxsus idi. O, bu göstəriciyə “Barselona”da çıxış etdiyi dövrdə nail olmuşdu. Siyahının 3-cü pilləsini “Atletiko” və “Mançester Siti”nin sabiq forvardı Serxio Aquero (14 qol) tutur. Onu 13 qolla Ernan Krespo ilə Lisandro Lopes izləyirlər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul