“Ayxan Abbasovun gəlişindən sonra çox şey dəyişməyib” - Anton Krivotsyuk

12.11.2025 20:10 20
Ölkə futbolu / Manşet
Ölkəmizin futbol yığması sabah DÇ-2026-ın seçmə mərhələ oyununda evdə İslandiya ilə qarşılaşacaq.

Football-plus.az” xəbər verir ki, yığmanın müdafiəçisi Anton Krivotsyuk oyunöncəsi mətbuat konfransında iştirak edib.

- Rəqimizi yaxşı tanıyırıq. Güclüdü. Keyfiyyətli və güclü futbolçuları var. Bizi çətin oyun gözləyir. Yaxşı hazırlaşmışıq. İnanırıq ki, sabah ən yaxşı performansımızı göstərəcəyik.

- Azərbaycan dilini harda öyrənmisən?
- İki ilə öyrənmişəm. Amma uzun müddət idi danışmırdım. İndi yaxşı şansım var ki, sizlə danışam.

- Çox sağ ol ki, Azərbaycan dilində danışırsan. Ayxan Abbasovun gəlişindən sonra komandada nə dəyişib?
- Çox şey dəyişməyib. Görürsüz ki, o gələndən sonra ruhumuz var. Yaxşı kollektivimiz var. Nəticə də göstərməliyik.

MÜZƏFFƏR QULUZADƏ