"Milan" onunla danışıqlara başladı

3.04.2023 19:13 234
Dünya futbolu
"Milan" Rafael Leaonu komandada saxlamaq niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, klub onunla yeni müqavilə imzalamağa hazırlaşır. Rəhbərlik futbolçu ilə danışıqların növbəti mərhələsinə keçid etməyi planlaşdırır. 23 yaşlı portuqaliyalının klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.