“Barselona” rəhbərliyi Frenki de Yonqla yeni müqavilə ilə bağlı danışıqlarda razılıq əldə edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Niderlandlı yarımmüdafiəçinin mövsümün sonunda müddəti başa çatacaq müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər uzadılacaq. Yaxın günlərdə 28 yaşlı oyunçu ilə yeni müqavilə imzalanacağı gözlənilir.
Frenki “Barselona”da 2019-cu ilin yayından oynayır. O, cari mövsümdə meydana çıxdığı 7 oyunda 1 məhsuldar ötürmə edib.