Batton idmandan getdi

11.11.2025 18:27 7
İdman
“Formula-1” üzrə dünya çempionatının 2009-cu ildəki qalibi Censon Batton karyerasını bitirdiyini elan edib.

"Football-plus.az" xəbər verir ki, 45 yaşlı britaniyalı noyabrın 8-də “Bəhreynin 8 saatı” yarışında iştirak edəcək. Bu onun karyerasındakı sonuncu yarış olacaq.

Batton indiyə qədər dünya çempionatının 306 mərhələsində iştirak edib, 15-də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2009-cu ildə “Braun” komandasının heyətində dünya çempionu olub.

Həmçinin “Uilyams”, “Benetton”, “Reno”, BAR, “Honda” və “Maklaren” komandalarında çıxış edib. 2016-cı ildə “Formula-1”dən ayrılandan sonra dözümlülüyü artırmağa xidmət edən müxtəlif yarışlara qatılıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul