“Uilyams” Saynsla anlaşdı

9.08.2024 14:12 365
İdman
“Formula-1” komandalarından “Uilyams” “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns ilə ikillik müqavilə bağladığını elan edib. 29 yaşlı pilot Britaniya komandasına 2025-ci ildə keçəcək. Onun “Uilyams”dakı tərəfdaşı Aleksander Albon olacaq.

Sayns “Formula-1” üzrə dünya çempionatında indiyə qədər üç qələbə qazanıb, 23 dəfə fəxri kürsüyə qalxıb. Cari mövsüm başlamamış “kral avtoyarışları”nın yeddiqat qalibi Lüis Hemiltonun 2025-ci ildə “Ferrari”yə qoşulacağı və Şarl Leklerin komanda yoldaşı olacağı artıq açıqlanıb.

Bu arada “Alpin” britaniyalı mütəxəssis Oliver Ouksun komandanın rəhbəri təyin olunduğunu elan edib. 36 yaşlı britaniyalı “Formula-2” və “Formula-3” çempionatlarında yarışan “Haytek”in yaradıcısıdı. “Alpin”in açıqlamasında deyilir:

“Olini komandamızda salamlamaq çox xoşdu. O, bu idman növsündəki ən gənc komanda rəhbərlərindən biridi. Bu komanda gələcək uğurlar üçün yaradılıb. Olinin rəhbər posta təyin olunması da bunu göstərən əlamətdi”.

“Alpin” cari mövsümdə 11 xalla Mühəndislər kubokunda 8-ci pillədə qərarlaşıb. İlin sonunda fransalı pilot Esteban Okon komandanı tərk edəcək. Onun yerini finlandiyalı Valtteri Bottasın tutacağı bildirilir.