“Reno”nun sabiq rəhbəri Flavio Briatore “Formula-1”in səfiri kimi avtoidman dünyasına qayıdır.
Qış aylarından onun idmana qayıdacağı iddia olunurdu. Bu iddiaların bir hissəsi düz çıxdı: Briatore idmana qayıtdı, amma “Alpine” ilə yox, “Formula-1”in səfiri kimi.
Xatırladaq ki, Briatore 2009-da 2008-ci ilin Sinqapur yarışında təşkil etdiyi cəza qalmaqalına görə avtoidmandan uzaqlaşdırılmışdı. Daha sonra apellyasiya ilə cəzası ləğv olunsa da, idmanda heç bir rolda iştirak etməmişdi. Briatore artıq “Formula-1”in həm səfiri, həm də məsləhətçisi olacaq. İtaliyalı mütəxəssis daha əvvəl “Benetton” və “Reno” komandalarında rəhbərlik edib, dəfələrlə çempionluq qazanıb.